"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq

"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
DÜNYA FUTBOLU 28 Mart 2026 / 20:24 918
-  A +

"Marsel"in ulduz hücumçusu Meyson Qrinvud karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

QOL.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, Milanın "İnter" klubu ingiltərəli forvarda maraq göstərir. Bildirilir ki, "Marsel" cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 24 yaşlı hücumçu komandadan ayrılacaq. Fransa təmsilçisi bu satışdan ən azı 50 milyon avro gəlir əldə etməyi planlaşdırır. 

Qeyd edək ki, 2024-cü ildə "Mançester Yunayted"dən 26 milyon avroya transfer edilən Meyson Qrinvudun cari müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. O, bu mövsümdə meydana çıxdığı 39 matçda 25 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
27.03.26  19:35

Ferland Mendi qayıtdı

topaz banner