Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi

Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
XƏBƏR 25 Mart 2026 / 11:00 388
-  A +

"Napoli"nin hücumçusu Romelu Lukaku Belçika millisinin düşərgəsini tərk edib.

QOL.az xəbər verir ki, bu barədə millinin sosial media hesablarında məlumat yayılıb.

32 yaşlı futbolçunun fiziki formasını yaxşılaşdırmaq üçün öz durumuna və məşqlərinə diqqət yetirdiyi bildirilir. Lukaku milli komanda ilə birlikdə yoldaşlıq oyunları üçün ABŞ-a getməyəcək.

Bu beynəlxalq fasilə zamanı Belçika ABŞ və Meksika yığmaları ilə qarşılaşacaq. Oyunlar 28 mart və 1 apreldə keçiriləcək.

Cari mövsüm Lukaku "Napoli"nin heyətində bütün yarışlarda 7 oyuna çıxıb və 1 qol vurub. O, ötən il, 14 avqustda "Olimpiakos"a qarşı yoldaşlıq oyununda aldığı zədə səbəbindən mövsümün böyük bir hissəsini buraxıb. 


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner