"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi

"Araz-Naxçıvan"  "Karvan-Yevlax"a qalib gəldi
PREMYER LİQA 13 Mart 2026 / 20:22 5441
-  A +

Bu gün Misli Premyer Liqasında 24-cü tur start götürüb.

QOL.az xəbər verir ki, ilk gündə artıq bir oyun başa çatıb.

Əvvəlcə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında Naxçıvan təmsilçisi qələbə qazanıb (2:1, 2:0).

Həmçinin bu gün "Şamaxı" "Sumqayıt"ın qonağı olacaq. Oyun saat 20:30-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin qarşılaşmasında isə "gənclik şəhəri" təmsilçisi üstün olub - 2:1.

13 mart (cümə)

18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”  - 2:1 

Qollar: Hamidu Keyta, 37 (1:0), Ba-Muaka Simakala, 40 (2:0), Kayl Spens, 51 (2:1)
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
“Liv Bona Dea Arena”

20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: 
Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14 mart (şənbə)

15:00. “İmişli” – “Sabah” 

19:15. “Zirə” - “Qarabağ”

15 mart (bazar)

15:00. “Kəpəz” – “Turan Tovuz”

18:00. “Qəbələ” – “Neftçi”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 12 qol

Bassalu Sambu ("Neftçi") - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Karim Rossi ("Şamaxı") - 8 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Daha çox


Son xəbərlər
topaz banner