Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.
QOL.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin yaydığı məlumata görə, komissiyanın sədri Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təyin edilib.
Komissiyanın tərkibində Təhminə Tağızadə - Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Xəzər İsayev - Ədalətli Oyunlar Komissiyasının sədri, Fəridə Əzizova - Atletlər Komissiyasının sədri və Elgün Səfərov - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri yer alıblar.
Qeyd olunur ki, bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı