Türkiyənin Qalatasaray klubunun hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus"la keçirilən iki oyunun yekununa əsasən 1/8 finala yüksəlmələrini şərh edib.
QOL.az xəbər verir ki, nigeriyalı forvard matçdan sonra UEFA-nın rəsmi saytına açıqlamasında Turində onları çətin atmosferin gözlədiyini əvvəlcədən bildiyini deyib:
“Bilirdim ki, bu axşam hər şey məhz belə olacaq. Bu komandanı və bu stadiondakı atmosferi tanıyıram. Azarkeşlərin həyatımızı kabusa çevirəcəyini bilirdim. Amma bizim azarkeşlərimizə də təşəkkür edirəm. Onların səsini eşidirdik və məyus qayıtmalarını istəmirdik. Bunu etməli idik. Açığı, hələ üzərində işləməli olduğumuz çox məqam var”.
Osimhen matçın əlavə vaxtında vurduğu həlledici qoldan sonra sevinməməsinin səbəbini də izah edib: "Qoldan sonra sevinmədim. Buna ehtiyac yox idi. Səbəbini izah edim. Birincisi, sevdiyim və karyeramda mühüm rol oynamış Luçano Spallettiyə ("Yuventus"un baş məşqçisi) hörmət edirəm. İkincisi isə 10 nəfərlə qalmış rəqibimizə qarşı pis oynadıq. Mən hisslərini gizlədən futbolçu deyiləm. Bu gün "Yuventus" azarkeşləri komandalarını alqışladılar, çünki daha yaxşı oynadılar. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün əlbəttə ki, çox xoşbəxtəm”.
Qeyd edək ki, ilk oyunda “Qalatasaray” rəqibini 5:2 hesabı ilə məğlub edib. Cavab görüşündə isə Turin təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Maraqlıdır ki, “Yuventus” iki qolu azlıqda vurub. Buna baxmayaraq, iki oyunun cəminə görə mərhələ adlayan tərəf İstanbul klubu olub.
"Napoli"nun məğlubiyyətsizlik seriyası sona çatdı
“Sumqayıt”ın qələbəsindən - Video
"Mançester Siti" "Arsenal"ı məğlub etdi
"Bavariya" Almaniya çempionu oldu
Superliqaya ilk onlar vəsiqə qazandılar
"İmişli" "Kəpəz"i belə məğlub etdi - Video
Ronaldonun komandası yarımfinala yüksəldi
"İmişli" "Kəpəz"ə, "Sumqayıt" "Qəbələ"yə qalib gəldi
Qoldan sonra qapıçı zədələndi, xərəkdə aparıldı - Şəkil
"Liverpul" Mersisayd derbisindən qalib ayrıldı
"Bu qələbəni Mozesə həsr edirik" - Jorj Kaşkilya
“Turan” voleybol komandası Azərbaycan çempionu oldu - Video
“35 minlik stadionumuza 40 min azarkeş gəlirdi”
"Büdcə fərqi öz sözünü deyir" - Azər Bağırov
"Barselona"nın futbolçusu yeni müqavilə təklifini rədd etdi
İkardi yeni rekorda imza atdı
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Sumqayıt" - "Qəbələ": Heyətlər
“Neftçi”dən “Qarabağ”la oyunla bağlı xəbərdarlıq
Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
Coy-Lens Mikelsin üz sümüyü qırılıb
Olimpiya çempionumuz o qarşılaşmaya buraxılmadı
"Kəpəz" - "İmişli" : Heyətlər açıqlandı
Jurnalistlə Mourinyo arasında maraqlı dialoq - Video
"Atletiko" azarkeşlərinə müraciət etdi
Robinyonun oğlu ilə müqavilə uzadıldı
Nəriman ABŞ-da növbəti oyuna çıxdı
Almaniya millisində şok itki - DÇ-2026-nı buraxacaq
Messi dubl etdi
"Qalatasaray"ın qələbəsi - Video
Kişi komandasında ilk qadın baş məşqçi debüt etdi
İspaniya kubokunun qalibi oldular
“Qalatasaray” və “Eyüpspor”dan qələbə
“Qarabağ” “Sabah”a belə uduzdu - Video
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər