Bu gün Misli Premyer Liqasının 14-cü turu çərçivəsində təxirə salınmış "Qəbələ" – "Turan Tovuz" oyunu keçirilib. Görüş Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Qəbələ" klubunun baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis məğlubiyyəti oyunun erkən dəqiqələrində buraxılan qollarla əlaqələndirib və rəqibin müdafiə səddini yarmağın çətinliyindən danışıb:
"Oyun haqqında çox geniş danışmağa ehtiyac duymuram. İlk növbədə "Turan Tovuz"u qələbə münasibətilə təbrik edirəm. Matça çox pis başladıq və hələ ilk dəqiqələrdə qapımızda iki qol gördük. "Turan Tovuz" kimi təcrübəli komandaya qarşı belə bir başlanğıcdan sonra vəziyyəti düzəltmək olduqca çətindir. İkinci qoldan sonra bir neçə şansımız yaransa da, təəssüf ki, onlardan yararlana bilmədik. Əgər fərqlənə bilsəydik, bəlkə də oyun fərqli məcrada davam edərdi. İkinci hissənin əvvəlində öz qapımıza vurduğumuz qoldan sonra isə komanda tamamilə oyundan qopdu. Rəqib müdafiədə çox diqqətli çıxış edir, onların intizamlı müdafiə xəttini yarmaq çox çətin idi".
Baş məşqçi heyətdəki rotasiyaların zəruriliyini və futbolçuların fərdi məsuliyyətini xüsusi vurğulayıb:
"Bizim üçün hər oyun vacibdir, lakin "Karvan-Yevlax"la keçiriləcək növbəti matçın final xarakteri daşıdığı aydındır. Prins Ovusu kimi gənc oyunçuların həddindən artıq yüklənməsi bəzən rotasiyanı qaçılmaz edir. Dörd gündən bir meydana çıxmaq asan deyil və belə sıx qrafikdə heyətdə dəyişikliklər etməliyik. Start heyətində şans qazanan futbolçular bunu özlərini göstərmək üçün bir fürsət kimi dəyərləndirməlidirlər.
Təəssüf ki, bəziləri bu gün etimadı doğrultmadı. Bütün mövsümü yalnız 11 nəfərlə keçirmək mümkün deyil. Məsələn, kapitan Murad Musayev ötən matçı buraxsa da, bu gün müdafiədə ən səhvsiz oyunçularımızdan biri idi. Hər kəs öz üzərində bu cür işləməli və komandaya fayda verməlidir".
Sxadadze ona ünvanlanan “Yerli oyunçularla yanaşı, bəzi legionerlər də oruc tutur. Bu, komandanın oyununa nə dərəcədə təsir edir?” sualına belə cavab verib:
“Bu elə bir məsələdir ki, heç kim müdaxilə edə bilməz. Hər şey oyunçulardan asılıdır. Mən futbolçuya “oruc tutma” deyə bilmərəm. Belə etmək olmaz. Təbii ki, yeməyən və su içməyən futbolçunun oyununa bunun təsir etməməsi mümkün deyil”.
Baş məşqçi turnir cədvəlinin son sıralarında qərarlaşan növbəti rəqibi "Karvan-Yevlax"a da ciddi yanaşdıqlarını bildirib:
"Bütün rəqiblərə hörmətlə yanaşırıq. Heç vaxt iddia edə bilmərəm ki, biz "Karvan-Yevlax"dan mütləq güclüyük. Onlar da mübarizə aparan, çalışan yaxşı kollektivdir. Turnir cədvəlində xallarının az olmasına baxmayaraq bizi çox ciddi və gərgin bir qarşılaşma gözləyir".
"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu
La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?
Dibala vətəninə qayıdır
Gedirlər - Şəkillər
“Neftçi”də 9 nömrə əbədiləşdirildi
"Onun etdiklərini heç vaxt unutmayacağam"
"Barselona" maliyyə pozuntuları ilə bağlı bəyanat yaydı
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər
İrqçi davranışına görə "Real"la oyunu buraxacaq
Superliqa klubları bugünkü matça itkilərlə çıxacaq
FİFA-dan yeni qayda təklifi: futbolçular gözləməli olacaq