Rafael Fiziyev Ruffiyə nokautla uduzdu

Rafael Fiziyev Ruffiyə nokautla uduzdu
XƏBƏR 1 Fevral 2026 / 08:10 767
-  A +

Fevralın 1-də Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turniri çərçivəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev oktaqona çıxıb.

QOL.az xəbər verir ki, yüngül çəki dərəcəsində baş tutan və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşmada UFC reytinqində 9-cu pillədə yer alan Rafael Fiziyev 70 kq çəki dərəcəsində 14-cü olan braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Döyüşdə qələbəni ikinci raundda nokautla Maurisio Ruffi qazanıb.

Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyevin peşəkar karyerasında 
13 qələbə (9-u vaxtından əvvəl) və 5 məğlubiyyət var.

29 yaşlı Maurisio Ruffi isə peşəkar karyerasına 2016-cı ilin sentyabrında başlayıb. Bu döyüşdən sonra braziliyalı idmançının aktivində 13 qələbə və 2 məğlubiyyət yer alır.

Daha çox


Son xəbərlər
topaz banner