“Sabah” “Karvan-Yevlax”a, “Turan Tovuz” “Sumqayıt”a qalib gəldi 

“Sabah” “Karvan-Yevlax”a, “Turan Tovuz” “Sumqayıt”a qalib gəldi 
PREMYER LİQA 25 Yanvar 2026 / 20:23 9112
-  A +

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 17-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçirilən bu görüşdə nominal meydan sahibi “Turan Tovuz” olub.

Matç "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Tovuz təmsilçisi xal sayını 30-a çatdıraraq 3-cü pilləyə yüksəlib. İlk dövrənin matçında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib. 

Turun son matçında isə lider “Sabah” “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə paytaxt klubu xal sayını 40-a çatdıraraq liderliyini möhkəmləndirib. Yevlax təmsilçisi isə 6 xalla sonuncu pillədə qərarlaşıb. Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə “Sabah” rəqibini 2 cavabsız qolla üstələyib. 

25 yanvar (bazar) 

18:30. “Sabah” - “Karvan-Yevlax” -  4:1 

Qol:  Aron Maluda, 9 (1:0), Aron Maluda, 22 (2:0), Umarali Raxmonaliyev, 32 (3:0), Olavale Doyeni, 83 (3:1), Velko Simiç, 84 (4:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”

16:00. “Turan Tovuz” - “Sumqayıt”  - 2:1

Qol: Hayderson Hurtado, 13, (1:0), Hayderson Hurtado, 61-avtoqol (1:1), Rəhim Sadıxov, 69 (2:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

23 yanvar (cümə)

“İmişli” - “Araz-Naxçıvan” - 2:2

“Neftçi” - “Zirə” - 0:0

24 yanvar (şənbə)

“Şamaxı” - “Qəbələ” - 0:4

“Qarabağ” - “Kəpəz” - 0:2

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 6 qol

Karim Rossi ("Şamaxı") - 6 qol


Son xəbərlər
topaz banner