WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər

WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
XƏBƏR 28 Dekabr 2025 / 12:08 652
-  A +

Dünya Karate Federasiyası (WKF) azərbaycanlı karateçi Rafael Ağayevlə bağlı paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşım qurumun İnstaqramdakı rəsmi səhifəsində yayımlanıb.

“Hamı onun adını bilir. Çox az adam əfsaninin tarixçəsini bilmir” - deyə paylaşımda qeyd olunur və onunla bağlı aşağıda qeyd olunan 8 məqam qeyd edilir:

1. O, 4 mart 1985-ci ildə Sumqayıtda (Azədbaycan) anadan olub.

2. Şotokan növündə döyüşür.

3. 5 qat WKF dünya çempionudur.
Fərdi dünya çempionatlarında ən çox qələbə qazanan karateçidir.

4. “Şərqin Panteri” ləqəbi ilə tanınır.

5. 11 dəfə Avropa çempionatının qalibi olub.

6. 7 yaşında məşqlərə başlayıb. Buna futbolçu olan atasının və döyüş sənətləri ilə məşğul olan qardaşlarının təsiri olub; onlar onda idmana dərin sevgi aşılayıblar.

7. Anası onun intizamının və dəyərlərinin formalaşmasında mühüm rol oynayıb.

8. Ağayev Tokio-2020 Olimpiya Oyunlarında çıxış edərək kişilər arasında kumite −75 kq çəki dərəcəsində gümüş medal qazanıb.


Son xəbərlər