Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib. Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.
Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.
Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.
Salah Lemparda çatdı
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi
"Çempionat hamı üçün ağırdır" - Elmar Baxşıyev