Arteta, Qvardiola...

Arteta, Qvardiola...
XƏBƏR 2 Oktyabr 2025 / 17:30 596
-  A +

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.

QOL.az xəbər verir ki, namizədlər arasında 5 mütəxəssis yer alıb. Bunlar “Arsenal”dan Mikel Arteta (2 qələbə, 1 heç-heçə), “Kristal Pelas”dan Oliver Qlasner (2 qələbə, 1 heç-heçə), “Mançester Siti”dən Xosep Qvardiola (2 qələbə, 1 heç-heçə) və “Sanderlend”dən Rejis Le Bridir (1 qələbə, 2 heç-heçə).

Qalib azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Qeyd edk ki, Premyer Liqada avqust ayının ən yaxşı baş məşqçisi “Liverpul”dan Arne Slot seçilib.


Son xəbərlər