Millimiz Avropa kubokundan gümüş medalla qayıdır

Millimiz Avropa kubokundan gümüş medalla qayıdır
XƏBƏR 7 Sentyabr 2025 / 21:46 2998
-  A +

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunda final görüşünü keçirib.

QOL.az xəbər verir ki, yığmamız turnirin həlledici mərhələsində Niderlandla qarşılaşıb və 16:21 hesabı ilə məğlub olub. Bununla da millimiz Avropa kubokunun ilk medalını - gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl qrup mərhələsində Fransa (21:16), Ukraynaya (21:14), 1/4 final mərhələsində isə Polşaya (16:13) qalib gəlib. Millimiz 1/2 final mərhələsində İspaniya millisi ilə üz-üzə gəlib və rəqibini 21:17 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər