Abramoviç Ançelottini qovdu

Abramoviç Ançelottini qovdu
DÜNYA FUTBOLU 23 May 2011 / 00:01 2863
-  A +

İngiltərənin "Çelsi" klubu baş məşqçi Karlo Ançelottini istefaya göndərib. Qol.Az-ın məlumatına görə, bu, Premyer Liqanın son turunda "Everton"a 0:1 hesablı səfər məğlubiyyətindən sonra baş verib.

Klubun sahibi Roman Abramoviç və idarə heyəti italiyalı mütəxəssisə komandadakı fəaliyyəti ilə əlaqədar minnətdarlıq edib. "Çelsi"nin yeni baş məşqçisi hələ məlum deyil.

Qeyd edək ki, Karlo Ançelotti 2009-cu ilin iyulunda "Çelsi"yə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında "zadəganlar" 2009-2010-cu il mövsümündə klub tarixində ilk dəfə iki titul - İngiltərə çempionluğu və kubokunu qazanıb. 2010-2011-ci il mövsümündə isə londonlular titul əldə edə bilməyiblər. Premyer Liqada gümüş medal qazanan "Çelsi" Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər