"Lill" 57 ildən sonra Fransa çempionu oldu

"Lill" 57 ildən sonra Fransa çempionu oldu
DÜNYA FUTBOLU 22 May 2011 / 02:05 2197
-  A +

Fransa çempionatının qalibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, 37-ci turda səfərdə PSJ ilə 2:2 hesablı heç-heçə edən "Lill" tarixində 3-cü dəfə ölkə çempionu olub.

Sona bir tur qalmış xallarını 73-ə çatdıran "Lill" ən yaxın izləyicisi "Marsel"i 6 xal geridə qoyub. Əvvəllər bu komanda 1945-1946 və 1953-1954-cü il mövsümlərində qızıl medala yiyələnib. 

Gümüş medalı isə elə "Marsel" təmin edib. Bürünc medalın taleyinə son turda aydınlıq gələcək. Bu, ya "Lion", ya da PSJ olacaq.

Son xəbərlər