Superliqada 2010-2011-ci il mövsümünün qalibi son turda müəyyənləşib. Qol.Az-ın məlumatına görə, 34-cü turadək eyni xala malik "Fənərbaxça" ilə "Trabzonspor" mübarizə aparıblar.
Həlledici qarşılaşmalarda da hər iki komanda qələbə qazanıb. Lakin daha üstün göstəricilərə malik "Fənərbaxça" 3 ildən sonra çempionluğa nail olub. Bu, "sarı-lacivərdlilər"in son 10 ildə 5-ci, ümumilikdə isə 18-ci çempionluğudur. Beləliklə, "Fənər" çempionluq sayında "Qalatasaray"ı geridə qoyub. Aykut Kocamanın komandası birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Trabzonspor" isə gümüş medalla kifayətlənib. Çempionatın bombardiri adına da "Fənər"li futbolçu Aleks de Souza layiq görülüb. 28 qol vuran Aleks Superliqada ikinci dəfə ən məhsuldar hücumçu olub.
Ötən gün isə daha 4 görüş keçirilib. 2009-2010-cu il mövsümünün qalibi "Bursaspor" "Gənclərbirliyi" üzərində minimal hesablı qələbə sayəsində bürünc medala sahib olub. Sonrakı iki yeri "Qaziantepspor"la "Beşiktaş" tutub. Onların öz aralarındakı görüşdə hesab açılmayıb. Bununla da "Bursaspor", Qaziantepspor" və Türkiyə Kubokunun sahibi kimi "Beşiktaş" Avropa Liqasına vəsiqə qazanıb.
34-cü tura mayın 20-də 2 oyunla start verilib. Mövsümü son dərəcə uğursuz keçirmiş "Qalatasaray" klubu autsayder "Konyaspor"u qəbul edib. "Cim-Bom" cəzası üzündən "Türk Telekom Arena"dakı oyunu azarkeşsiz keçirib. Bununla belə, meydan sahibləri qələbəyə nail olublar. Oyunun əvvəllərində Kazım Kazım-Riçard və Xuan Emmanuel Kulionun vurduğu qollar yekun nəticəni müəyyənləşdirib - 2:0. Beləliklə, "Qalatasaray" 46 xalla 7-ci pilləyə yüksəlib. Lakin turnir cədvəlində sonrakı komandalar oyunlarını qarşıdakı günlərdə keçirəcəklərindən, "sarı-qırmızılar"ın mövqeyində dəyişiklik baş verə bilər.
Günün digər qarşılaşmasında "İstanbul BB" "Manisaspor"un müqavimətini qıra bilməyib. Oyun qolsuz başa çatıb.
Türkiyə çempionatı, 34-cü tur
20 may
22:00. "Qalatasaray" - "Konyaspor" - 2:0
Qollar: Kazım Kazım-Riçard, 11. Xuan Emmanuel Kulio, 15
22:00. "İstanbul BB" - "Manisaspor" - 0:0
21 may
18:00. "Ankaragücü" - "Antalyaspor" - 2:3
Qollar: Yan Raynox, 47. Roman Bednar, 56 - Tita, 3. Necati Atəş, 14; 44-pen.
Qırmızı vərəqə: Stanislav Şestak, 87 ("Ankaragücü")
18:00. "Bucaspor" - "Kayserispor" - 3:3
Qollar: Viktor Mendi, 15. Abdul Özgen, 50. Mehmet İncəbacak, 58 - Mehmet Ərən Boyraz, 8. Conatan Santana, 12. Andre Fransisko Morits, 80
22:00. "Qaziantepspor" - "Beşiktaş" - 0:0
Qırmızı vərəqə: Əkrəm Dağ, 90 ("Beşiktaş")
22:00. "Bursaspor" - "Gənclərbirliyi" - 1:0
Qol: Volkan Şən, 32
22 may
17:00. "Eskişehirspor" - "Kasımpaşa" - 4:0
Qollar: Sərdar Özbayraktar, 5; 80; 85. Angelo de Oliveyra Dieqo, 60
22:00. "Karabükspor" - "Trabzonspor" - 0:4
Qollar: Egemen Korkmaz, 18. Jaja, 57. Umut Bulut, 60; 73
22:00. "Sivasspor" - "Fənərbaxça" - 2:4
Qollar: Yakub Navratil, 20. Ərman Kılıç, 65; 90 - Andre Santos, 6. Səlçuk Şahin, 41. Aleks, 51. Yozef Yobo, 67
Komandalar | O | Q | H | M | T | X | |
1. | Fənərbaxça | 34 | 26 | 4 | 4 | 84-34 | 82 |
2. | Trabzonspor | 34 | 25 | 7 | 2 | 69-23 | 82 |
3. | Bursaspor | 34 | 17 | 10 | 7 | 50-29 | 61 |
4. | Qaziantepspor | 34 | 17 | 8 | 9 | 44-33 | 59 |
5. | Beşiktaş | 34 | 15 | 9 | 10 | 53-36 | 54 |
6. | Kayserispor | 34 | 14 | 9 | 11 | 46-44 | 51 |
7. | Eskişehirspor | 34 | 12 | 11 | 11 | 41-40 | 47 |
8. | Qalatasaray | 34 | 14 | 4 | 16 | 41-46 | 46 |
9. | Karabükspor | 34 | 12 | 8 | 14 | 46-53 | 44 |
10. | Manisaspor | 34 | 13 | 4 | 17 | 49-52 | 43 |
11. | İstanbul BB | 34 | 12 | 6 | 16 | 40-45 | 42 |
12. | Antalyaspor | 34 | 10 | 12 | 12 | 41-48 | 42 |
13. | Ankaragücü | 34 | 10 | 11 | 13 | 52-62 | 41 |
14. | Gənclərbirliyi | 34 | 10 | 10 | 14 | 43-51 | 40 |
15. | Sivasspor | 34 | 8 | 11 | 15 | 43-57 | 35 |
16. | Bucaspor | 34 | 6 | 8 | 20 | 37-65 | 26 |
17. | Konyaspor | 34 | 4 | 12 | 18 | 28-49 | 24 |
18. | Kasımpaşa | 33 | 5 | 8 | 20 | 31-67 | 23 |
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi
Bolqarıstan millisinin baş məşqçisi istefa verdi
Millimizin sabiq futbolçusu 1-ci liqa klubunda
İtaliya millisindən tarixi göstərici
U-19 millimiz 6 qolla uduzdu
Kubokda püşkatmanın vaxtı açıqlandı
"Şamaxı"dan ayrılan futbolçu "Səbail"də
Şevçenko Bakıdakı futbol meydanşasının açılışında - Şəkillər
"Fənərbaxça"dan "Spartak"a - Rəsmi
1 il 3 aydır qələbə üzünə həsrətik...
"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi
PSJ-nin 2 oyunçusu millidə zədə aldı - Narazılıq yarandı
Nunu istefaya göndərildi
Qattuzo: "Bu, karyeramın ən çılğın oyunu idi"
"Tofiq Bəhramov"dakı bugünkü oyunun formaları - Şəkillər
"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri
"Onunla ömürlük müqavilə imzalamalıyıq"
Daha bir boksçumuz dünya çempionatının 1/4 finalında
İtaliyanın İsrail üzərindəki çətin qələbəsi - Video
DÇ-2026: İsrail - İtaliya matçında 9 qol - Nəticələr
"Fənərbaxça"da daha bir ayrılıq
"Səbail" qanalı Mustafanı transfer etdi
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda - Rəsmi
Xabi Alonso ən yaxşı məşqçi seçildi
Onana "Trabzonspor"a keçdi
2-ci liqada oyunların saatı açıqlandı
"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko
Naxçıvan stadionu ilə bağlı müsbət xəbər
Alfonso Dominqes 1/4 finala yüksəldi