Fatih Terim rəsmən "Qalatasaray"da!

Fatih Terim rəsmən "Qalatasaray"da!
DÜNYA FUTBOLU 19 May 2011 / 23:21 3106
-  A +

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçi postu yenidən Fatih Terimə həvalə olunub. Qol.Az-ın məlumatına görə, bu xəbəri "NTV Spor"a klubun yeni prezidenti Ünal Aysal açıqlayıb.

O bildirib ki, anlaşma "Qalatasaray"ın yaranma ili olan 1905-ci ilə uyğun olaraq 19 mayda (19.05) yerli vaxtla saat 19:05-də əldə edilib. Aysal razılaşmanın detalları barədə danışmaqdan imtina edib. Klub prezidenti İngiltərə "Bolton"unun hücumçusu Yohan Elmanderlə anlaşdıqlarını da bildirib. 

Qeyd edək ki, Fatih Terimin baş məşqçi qismində "Qalatasaray"da üçüncü dəfə fəaliyyət göstərəcək. Daha öncə Terim 1996 - 2000 və 2002 - 2004-cü illərdə də bu postu tutub.   

Son xəbərlər