Bu gün Bakıda ilk dəfə olaraq UFC (Ultimate Fighting Championship) turniri keçirilib.
QOL.az-ın məlumatına görə, yarış Bakı Kristal Zalında (Baku Crystal Hall) təşkil olunub.
İlkin döyüşlərdə Klaudiya Siqula (Polşa), Sok Hyön Ko (Cənubi Koreya), Muhammad Usman (Nigeriya), Darya Jeleznyakova (Rusiya), Pak Çun Yon (Cənubi Koreya) və Taqir Ulanbekov (Rusiya) qələbə qazanıblar.
Əsas görüşlərdə Azərbaycan təmsilçilərindən Azərbacan təmsilçisi Nazim Sadıxov Nikolas Mottaya (Braziliya) nokautla qalib gəlib. Tofiq Musayev (Azərbaycan) Mıktıbek Orolbaiyə (Qırğızıstan) uduzub. Rafael Fiziyev (Azərbaycan) isə İqnasio Bahamondesdən (Çili) üstün olub.
Həmçinin Məhəmməd Nayimov (Tacikistan) və Körtis Bleyds (ABŞ) də öz döyüşlərində qələbə qazanıblar.
Bakıdakı əsas qarşılaşmada - yarım ağır çəkidəki görüşdə ABŞ təmsilçiləri Camahal Hill (Jamahal Hill) və Halil Rauntri (Khalil Rountree) üz-üzə gəlib. Duel 5 raund davam edib. Halil Rountri bu döyüşün qalibi olub.
Qeyd edək ki, “UFC Fight Night”da reytinq və gələcək titul namizədlərini müəyyənləşdirən döyüşlər olur.
“UFC Fight Night”ın görüşləri
İlkin döyüşlər
Yarım yüngül çəki: İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)
Yarım orta çəki: Sok Hyön Ko (Cənubi Koreya) - Oban Elliott (Uels)
Ağır çəki: Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya)
Yarım yüngül çəki: Melissa Mallins (İngiltərə) - Darya Jeleznyakova (Rusiya)
Orta çəki: İsmail Naurdiyev (Mərakeş) - Pak Çun Yon (Cənubi Koreya)
Super yüngül çəki: Taqir Ulanbekov (Rusiya) - Maksum Azat (Qazaxıstan)
Əsas döyüşlər
Yarım yüngül çəki: Məhəmməd Nayimov (Tacikistan) - Boqdan Qrad (Avstriya)
Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Nikolas Motta (Braziliya)
Ağır çəki: Körtis Bleyds (ABŞ) - Rizvan Kuniyev (Rusiya)
Yüngül çəki: Tofiq Musayev (Azərbaycan) - Mıktıbek Orolbai (Qırğızıstan)
Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - İqnasio Bahamondes (Çili)
Yarım ağır çəki: Camahal Hill (ABŞ) - Halil Rauntri (ABŞ)
Şamaxıdakı 5 qol - Video
İki günə qırılan rekord
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
20 saniyəyə vurulan penaltinin biabırçı sonluğu - Video