Millimiz Gürcüstanla üz-üzə

Millimiz Gürcüstanla üz-üzə
ÖLKƏ FUTBOLU 10 İyun 2025 / 09:31 1087
-  A +

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirəcək.

QOL.az xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.

Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.

Daha çox


Son xəbərlər
10.06.25  12:40

Modriçdən yeni rekord