"Neftçi" "Turan Tovuz"a qalib gəlir, "Səbail" 1-ci liqaya düşdü - Yenilənir

"Neftçi" "Turan Tovuz"a qalib gəlir, "Səbail" 1-ci liqaya düşdü - Yenilənir
PREMYER LİQA 10 May 2025 / 20:33 6330
-  A +

Misli Premyer Liqasında 34-cü tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilir. 

Əvvəlcə “Səbail” “Zirə”ni qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

22 xalla 10-cu olan “Səbail” Premyer Liqada qalmaq üçün bugünkü matçda mütləq qələbə qazanmalı idi. Budur ki, Elvin Məmmədovun komandası 1-ci Liqaya yuvarlanıb. "Zirə" isə 70 xalla 2-ci yerdədir. 

Günün ikinci oyununda isə 49 xalla dördüncü pillədə qərarlaşan “Turan Tovuz” öz meydanında 37 xalla altıncı yerdə olan “Neftçi”ni qəbul edir. Qonaqlar üçün bu matç turnir cədvəli baxımından əhəmiyyətsiz olsa da, Tovuz təmsilçisi bürünc medallara iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. 

Cari mövsüm bu komandaların duellərində qalib aşkarlanmayıb. Tərəflər hər 3 matçda heç-heçə (0:0, 1:1, 1:1) oynayıblar. 

Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu, "Zirə" isə 2-ciliyi təmin edib.

10 may (şənbə)

19:30. “Turan Tovuz” - “Neftçi” - 1:2 (İkinci hissə)

Qollar: Emin Mahmudov, 9 (0:1), Rəhim Sadıxov, 16 (1:1), Dembo Darbo, 32 (1:2)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu

17:00. “Səbail” - “Zirə” - 0:1 

Qol: Davit Volkov, 90+1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
“ASCO Arena”

11 may (bazar)

18:00. “Kəpəz” - “Sumqayıt”

20:00. “Qarabağ”– “Araz-Naxçıvan”

9 may (cümə)

“Sabah” - “Şamaxı” - 3:1

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 12 qol

Davit Volkov ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol


Son xəbərlər