Konfrans Liqasında 1/2 final start götürür

Konfrans Liqasında 1/2 final start götürür
XƏBƏR 1 May 2025 / 09:43 881
-  A +

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək.

QOL.az xəbər verir ki, hər iki matç eyni gündə oynanılacaq.

İspaniyada "Betis" İtaliya "Fiorentina"sını qəbul edəcək. İngiltərə "Çelsi"si isə İsveçdə "Yurqorden"in qonağı olacaq.

Qeyd edək ki, yarımfinalın cavab matçları mayın 8-də keçiriləcək.

Konfrans Liqası, 1/2 final, ilk oyunlar

1 may

23:00. “Betis” (İspaniya) - “Fiorentina” (İtaliya)

23:00. “Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə)


Son xəbərlər