"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı

"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
PREMYER LİQA 18 Aprel 2025 / 20:55 8334
-  A +

Bu gün Misli Premyer Liqasında 31-ci tur start götürüb.

QOL.az xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.

"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, turnir cədvəlində Naxçıvan klubu 53 xalla 3-cü, Tovuz təmsilçisi isə 48 xalla 4-cüdür.

Bu komandalar arasında əvvəlki 3 dövrənin matçlarında 2 dəfə "Araz-Naxçıvan" (2:1, 1:0), 1 dəfə isə "Turan Tovuz" qələbə (1:0) qazanıb. 

Misli Premyer Liqası, 31-ci tur

18 aprel

19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 1:1

Qollar: Faiq Hacıyev, 33 (0:1), İssuf Paro, 53 (1:1)

Qırmızı vərəqə: Vanderson Melo, 77 ("Araz-Naxçıvan")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

"Liv Bona Dea Arena"

19 aprel

17:30. “Sabah” – “Səbail”

20:00. “Qarabağ” – “Neftçi”

20 aprel

16:30. “Şamaxı” – “Kəpəz”

19:00. “Zirə” – “Sumqayıt”

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Salifu Suma ("Zirə") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Daha çox


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda