Neymar niyə ağladı? - Şəkil

Neymar niyə ağladı? - Şəkil
DÜNYA FUTBOLU 17 Aprel 2025 / 16:40 2803
-  A +

"Santos"un futbolçusu Neymar yenə zədələnib.

QOL.az xəbər verir ki, o, Braziliya çempionatının 4-cü turunda "Atletiko Mineyro"ya qarşı keçirilən görüşdə sıradan çıxıb.

Neymar mart ayından bəri onu narahat edən sol bud nahiyəsindən yenidən zədə alıb. Məhz bu zədə səbəbindən futbolçu DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya və Argentinaya qarşı keçirilən oyunlarda Braziliya millisindən kənarda qalmışdı.

Futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edəək ki, Neymar bu mövsüm bütün turnirlərdə 11 matça çıxıb, 3 qol vurub və 3 qol ötürməsi verib.


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda