AFFA-nın baş katibi Parisdə Elxan Məmmədovla görüşdü

AFFA-nın baş katibi Parisdə Elxan Məmmədovla görüşdü
ÖLKƏ FUTBOLU 9 Aprel 2025 / 18:07 1396
-  A +

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

C.Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru, AFFA-nın sabiq baş katibi Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.

Daha çox


Son xəbərlər