Argentina millisi iki yeni uğura imza atıb.
QOL.az xəbər verir ki, komanda DÇ-2026-nın seçmə mərhələsinin 14-cü turunda Braziliyanı məğlub edib (4:1).
Argentina yığması 66 ildən sonra ilk dəfə rəsmi matçda Braziliyaya 4 qol vurub.
1959-cu ilin dekabrında Argentina Amerika kubokunda Braziliyaya 4:1 hesabı ilə qalib gəlmişdi.
Bundan əlavə, Argentina millisi dünya çempionatlarının seçmə mərhələlərində Braziliya ilə oyunda 4 qol vuran ilk komanda olublar.
Xatırladaq ki, Argentina artıq DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib.