Futzal millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazandı

Futzal millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazandı
XƏBƏR 27 Yanvar 2025 / 00:10 1625
-  A +

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının ilkin mərhələsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun komandası San Marinoda yığması ilə üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarını 4-ə çatdıran U-19 millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.

U-19 ötən gün Kosovoya 4:1 hesabı ilə  qalib gəlib.

Qeyd edək ki, əsas mərhələnin görüşləri 25-30 mart tarixlərində Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiya,  Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.


Son xəbərlər