Oyunda ürəyi dayanan futbolçunun son durumu

Oyunda ürəyi dayanan futbolçunun son durumu
XƏBƏR 14 Dekabr 2024 / 15:59 3502
-  A +

"Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bove xəstəxanada müalicəsi başa çatıb.

QOL.az xəbər verir ki, o, evə buraxılıb. 22 yaşlı futbolçusu müalicəsini evdə davam etdirəcək.

İtaliyalı hücumçunun dekabrın 1-də "İnter"lə oyunda ürəyi dayanmışdı. O, daha sonra defibrilator taxdırmaq üçün əməliyyat olunub.

Futbolçu defibrilatorun implantasiyasından 6 ay vaxt keçməyincə oynaya bilməyəcək.

Qeyd edək ki, Bove 2024-cü ilin yayında “Roma”dan icarə əsasında “Fiorentina”ya keçmişdi. Bu mövsüm o, 14 oyuna çıxıb, 1 qol vurub və 4 qolun ötürməsini verib.


Son xəbərlər