“Qarabağ”ın Avropa Liqasında son iki oyunu yenə ciddi müzakirələrə rəvac verib. Bu müzakirələrin predmeti tək “Qarabağ” olmamalıdır.
Müzakirələrdə səslənən ittihamlarda kimisi baş məşqçi Qurban Qurbanovu qınayır, kimisi klubun prezidenti Tahir Gözəli xəsislikdə günahlandırır, kimisi bütövlukdə komandadan küsür, kimisi də hökm verir ki, artıq “Qarabağ”ın qürubu başlayıb. Hərənin də öz arqumenti və izahı var.
Hə. Bəri başdan qeyd edim ki, futbol bilicisi deyiləm. Mən sadə azarkeşəm. Özü də indinin azarkeşi deyiləm. Bu komanda “Şəfəq” olan vaxtdan azarkeşəm. “Şəfəq” barədə məlumatı olmayanlar heç bu yazını oxumasalar da olar...
Mənim üçün “Qarabağ”a azarkeşliyim doğma şəhərimin təəssübünü çəkmək üçün bir vasitə, 1993-cü ildən sonra isə “Qarabağ Azərbaycandır” nidasının izah forması, yəni, informasya müharibəsinin bir elementi idi.
Hələ Ağdam azad olunmazdan çox əvvəl “Mən Qarabağam” adlı qısa bir videoçarx ssenarisi də planlaşdırmışdım. Məqsəd həm komandanın tanıtımı, həm də “Qarabağ Azərbaycandır” nidasının dünyaya çatdırılması idi. Mən ideyanı verdim.
Çoxları bəyəndi. Amma olmadı.
Hər beynəlxalq oyunda Qurban Qurbanovun mətbuat konfransında Qarabağ, Ermənistan – Azərbaycan münaqişəsi barədə bir-iki kəlmə danışmağı ilə yekunlaşmaq görünür, bəs edərmiş.
İdeya yenə aktualdır...
Nə isə.
Qayıdaq mətləbə.
“Qarabağ” Londonda uduzdu. 10 nəfərlə oynayan "Tottenhem"ə məğlub olmaq bir az ağır gəldi. Amma İngiltərə nəhənglərindən birinə uduzmuşduq. Bəli, bəli, UDUZMUŞDUQ. Biz uduzmuşduq. Uduzan tək “Qarabağ” deyildi...
Daha sonra Bakıda “Malmö” ilə oyun. Uğursuz oyun. Uğursuz nəticə. Və bundan sonra komanda haqqında, klub haqqında neqativ fikirlər başladı, nə başladı.
Qınanan klub, Qurban Qurbanov, Tahir Gözəl, oyunçular oldu.
Qınayan dostlar, biz uduzmuşuq, BİZ!
Ağdam azad olunanda şair dostumuz Qulu Ağsəs hamımızın ürəyinə sərin su səpən bir şeir yazdı – “Adam şəhərim”.
Bu şeirdə bir misra var:
“Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...”
İndi “Qarabağ” Ağdamın taleyini yaşayır sanki. Sona qədər döyüşür. İndi biz istəyirik ki, son nəfərəcən də şəhid olsunlar.
Gəlin Toralı da, Juninyonu da, lap elə Qurbanı da daşqalaq edək.
Ağdam ona görə işğal olunmamışdı ki, döyüşməmişdi. Ona görə işğal olunmamışdı ki, o vaxt Azərbaycan oğulları daha az vətənpərvər idi...
Ağdam ona görə işğal olunmuşdu ki, sistem yox idi. Müdafiəni təşkil edəcək sistem...
Londonda "Tottenhem"ə, Bakıda “Malmö”yə uduzan “Qarabağ” yox, Azərbaycan futboludur. Biz hamımızıq uduzan.
Bir də unutmayaq ki, “Qarabağ” hələ də informasiya savaşında mühüm elementdir.
Vəssalam.
“Qarabağ”a Ağdamda azarkeşlik etmək arzusu ilə
Asəf Quliyev
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır
Avroliqanın finalı bu kanallarda
Emeri "Frayburq"u təriflədi
127 yaşı olan klub ilk dəfə avrokuboklarda
UEFA-dan ömürlük cəza - Qadın futbolçuları gizli çəkirmiş
“Emireyts”in ətrafında inanılmaz izdiham - Video
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər
Tilsim qırıldı - "Arsenal" çempion oldu
"Barselona"nın futbolçusu əməliyyat edildi
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov