Yeni formata tam uygunlaşıblarmı? - Qurban Qurbanovdan "yox" etirafı

Yeni formata tam uygunlaşıblarmı? - Qurban Qurbanovdan "yox" etirafı
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2024 / 14:20 999
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov etiraf edib ki, Avropa Liqasının yeni formatına tam uyğunlaşa bilməyiblər.

QOL.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb.

Həmçinin oxuyun: “Yaxşı ki, “Qarabağ” ÇL-də oynamadı” deyənlərə belə cavab verdi

Həmin konfrans "Malmö" (İsveç) ilə sabah Bakıda keçiriləcək Avropa Liqasının 2-ci turuna həsr olunub.

"Avropa Liqasının yeni formatda keçirilməsi "Qarabağ"a müsbət təsir edir, yoxsa qrup mərhələsi daha münasib idi?" sualına cavab olaraq Q.Qurbanov deyib:

"Hələ ki, tam uyğunlaşmamışıq. Bizim kimi klublara, bizim kimi futbol ölkələrinə bəlkə az komanda olması daha çox sərf edər. Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara qarşı hazırlaşırsan, biri də var, 36 komandanın bütün oyunlarını gözləyirsən. Elə rəqiblər var ki, bəlkə onlara qarşı evdə oynamaq istəyərdin, səfərə düşürsən. Belə hallar var".

Bununla belə, 52 yaşlı mütəxəssis hesab edir ki, bunlar komandaya problem yaratmalı deyil: 

"Turnir hamı üçün eynidir. Əvvəl-axır buna öyrəşməliyik. Daha böyük təcrübəsi olan komandalar buna tez uyğunlaşa bilər. Bizdə çətinlik ola bilər. Bu cür dəyişikliklərin olması futbol şüurumuza, futbolçuların düşüncələrinə daha faydalı olar. Bəlkə də daha çox və tez təcrübə toplayarlar. Əvvəl 1-2 oyunun nəticəsini gözləyirdik, indi hər tur bütün oyunların nəticələrini gözləyirik. Əvvəl 2 komandaya baxırdıq, indi bütün oyunlara. Həm sizin, həm bizim işimiz çoxalır".

Xatırladaq ki, 2024/25 mövsümündən etibarən avrokuboklarda qrup formatı ləğv olunub. Turnirin hər birində 36 komanda olmaqla vahid liqalar yaradılıb. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-14-cü yeri tutan 16 komanda isə pley-off mərhələsinə vəsiqə qazanır. 35-36-cı olanlar isə avrokuboklarda çıxışlarını başa vururlar.

Daha çox


Son xəbərlər