Futbolda böyük bir dövr qapandı...

Futbolda böyük bir dövr qapandı...
DÜNYA FUTBOLU 1 Oktyabr 2024 / 12:58 1403
-  A +

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta karyerasını bitirib.

QOL.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

İnyestanın son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Emireyts” olub.

Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən sayılan İnyesta daha çox "Barselona"dakı çıxışları ilə tanınıb.

İnyesta 23 illik peşəkar futbolçu karyerası ərzində İspaniya millisi ilə 1 dəfə dünya, 2 dəfə Avropa, "Barselona" ilə 9 dəfə İspaniya çempionu olub. Bundan başqa, o, 4 dəfə Çempionlar Liqasının qalibi adını, 3 dəfə UEFA Superkubokunu qazanıb. O, 2023-cü ildə Yaponiya çempionu adına da yiyələnib.

"Barselona"dan ayrıldıqdan sonra 5 il Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib.

Andres İspaniya millisində 131 oyunda 14 qol vurub.


Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi