"Qarabağ"ın futbolçusu Toral Bayramov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Linkoln"a qalib gəldikləri cavab oyundan (5:0, ilk oyun - 2:0) sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib: “Həm səfər, həm ev oyunlarında üstünlüyü olan tərəf biz idik. Yaxşı hazırlaşmışdıq. Hər iki matçda layiqli qələbə qazandıq. Çox şadıq ki, azarkeşlərimizi sevindirə bildik. İnşallah, növbəti oyuna köklənirik. Çalışacağıq ki, növbəti matçda da xalqımızı, azarkeşlərimizi sevindirək”.
23 yaşlı müdafiəçi “Qarabağ”ın qol vurduqca daha da həvəsli olduğunu deyib: “Bu, futboldur. Əlbəttə ki, hamı qol vurmaq, nəyləsə yadda qalmaq istəyir. Fərqi yoxdur, 4-cü qoldur, 1-ci qoldur və ya 10-cu. Tapşırıq nədirsə, biz onu yerinə yetiririk. İndi də belədir, bundan sonra da belə olacaq”.
T. Bayramov növbəti mərhələdən və hədəflərdən söz açıb: “Potensial rəqiblərin ikisi də güclüdür. Sabah (bu gün - red.) oyundan sonra daha dəqiq biləcəyik, rəqibimiz kimdir. Ona uyğun hazırlaşacağıq. Düşünürəm ki, hər şey yaxşı olacaq. Əsas odur ki, azarkeşlər maraqlı oyun izləyəcək. Hər il olduğu kimi, bu il də ilk hədəfimiz Çempionlar Liqasıdır. Çalışırıq, çalışacağıq. Hər il daha da üstünə qoyuruq. İnşallah, bu il alınar”.
O, Misli Premyer liqasının başlamasının “Qarabağ”ın Avropadakı mübarizəsinə heç bir mane törətməyəcəyini qeyd edib: “Çünki biz hər il belə bir təqvimdə oynayırıq, 3 gündən bir oyunlarımız olur. Bundan əvvəl də öhdəsindən gəlmişik. İnşallah, bundan sonra da öhdəsindən gələrik. Düşünürəm ki, hər şey yaxşı olacaq".
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu
Kapitan "Zirə"də qalacaq? - "Danışığımız olub"
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov 2-ci liqaya göndərildi
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
"Atletik"də Valverdeni kim əvəz edəcək?
Bu klub Bernardo Silva ilə danışıq aparır
Qasperini ilə yola getməyən Ranyeri "Roma"dan ayrılır
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı - Video
Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur
Sabahkı oyunlar FİFA referilərinə tapşırıldı
Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
“Beşiktaş” və “Trabzonspor” yarımfinalda
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi