Bu gün UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olub.
QOL.az xəbər verir ki, final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gəlib. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən matç "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
ÇL-in ən titullu klubu olan "Real" ümumilikdə 15 dəfə (1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018, 2022) bu kuboku başı üzərinə qaldırıb. Dortmund klubu isə yalnız bir dəfə - 1996-1997 mövsümündə yarışın qalibi olmuşdu.
Həmçinin "Real"ın baş məşqçisi Karlo Anççelotti karyerası ərzində 5-ci dəfə ÇL-i qazanıb ("Milan"la 2002/03 və 2006/07 mövsümlərində, "Real"la (2013/2014 və 2021/22 mövsümlərində).
Bugünkü final matçı Toni Kroosun "Real"dakı son oyunu olub. O, Almaniya yığması ilə Avro-2024-də iştirak etdikdən sonra karyerasını başa vuracaq.
Eyni zamanda "Borussiya"nın futbolçusu Marko Roys da komandada son oyununu keçirib.
Qeyd edək ki, "Real" UEFA Superkubokunun finalında Avroliqanın qalibi "Atalanta" ilə qarşılaşacaq.
1 iyun
UEFA Çempionlar Liqası
Final
23:00 "Borussiya" Dortmund (Almaniya) – "Real" (İspaniya) - 0:2
Qollar: Dani Karvahal, 74 (0:1), Vinisius Junior, 83, (0:2)
Baş hakim: Slavko Vinçiç (Slovakiya)
London. "Uembli" stadionu
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu