“Qəbələ”nin daha bir futbolçusu “Araz Naxçıvan”a keçdi

“Qəbələ”nin daha bir futbolçusu “Araz Naxçıvan”a keçdi
XƏBƏR 29 May 2024 / 15:01 3836
-  A +

Transfer işlərini davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ülvü İsgəndərov qarşıdakı 1 il ərzində "Araz-Naxçıvan"ın formasını geyinəcək.

Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində də çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün "Qəbələ"dən Urfan Abbasovu da heyətinə qatdığını açıqlayıb.

Xatırladaq ki, Ülvünün son klubu "Qəbələ" olub. O, 2018-ci ildən bu mövsümün sonunadək "Qəbələ"nin formasını geyinib.


Son xəbərlər
21.09.25  17:38

Mbappe Anrini keçdi