Mahir oynadı, "Konyaspor" uduzdu

Mahir oynadı, "Konyaspor" uduzdu
XƏBƏR 30 May 2023 / 22:55 6196
-  A +

Bu gün Türkiyə superliqasında növbəti turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Sivasspor”la qarşılaşıb.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 46-cı dəqiqədə əvəzlənib. "Sivasspor"un yeganə qolunu 17-ci dəqiqədə Leke Xames vurub.

34 oyundan 49 xalı olan “Konyaspor” 7-ci yeri tutur. Onun rəqibi “Sivasspor” isə 35 görüşdən 40 xalla 12-cidir.

Qeyd edək ki, qışda “Konyaspor”a keçən Emreli bu mövsüm 9 oyunda meydana çıxıb, 1 qol vurub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı