“Mənim “Neftçi” klubu ilə bağlı bəzi nostaljilərim var. Bakıda yaxşı yaşayırdım. Şəhər spesifik olsa da, mənim xoşuma gəlirdi. İsti iqlimi, dənizi, dəniz kənarı, nəzakətli insanları mövcuddur”. Lent.az-ın məlumatına görə, bu sözləri “Neftçi” futbol klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiyanın “Sportsdaily” nəşrinə müsahibəsində deyib.
Çexiyalı mütəxəssis bildirib ki, kollektivlə və onun sabiq kapitanı, hazırda Türkiyənin “Eskişehirspor” klubunda çıxış edən Rəşad Sadıqovla yaxşı təmasları olub: “Yeni gəldiyim vaxt mənə Sadıqovu komandadan qovmağı təklif edirdilər. Guya o, kollektiv daxilində qruplaşma yaradır. Əslində isə onun əsl kapitan və peşəkar olduğu, əbəs yerə Azərbaycan millisinin lideri sayılmadığı üzə çıxdı”.
Petrjelanın fikrincə, Azərbaycanda komanda yaratmaq üçün nəhəng potensial var. Oyunçuların hamısı texnikalı, istedadlıdırlar: “Qalırdı, onlara həyatda və meydançada nizam-intizam aşılamaq. Məsələn, matça 2 saat qalmış nahar etməsinlər”.
Qeyd edək ki, Vlastimil Petrjela 2007-ci ilin avqustundan 2008-ci il yanvarın 4-dək “Neftçi”nin baş məşqçisi vəzifəsində çalışıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley