«Bakı» klubunun baş məşqçisi Vinfrid Şefer bu gün MOİK-lə oyundan sonra mətbuat konfransı keçirib.
Unibank Premyer Liqasının 14-cu turunun MOİK - «Bakı» qarşılaşması 0:4 hesabı ilə başa çatıb.
Almaniyalı mütəxəssis bildirib ki, komandası birinci hissədə mübarizə aparsa da, yaxşı futbol oynamayıb: «Hiss olunurdu ki, futbolçularda arxayınçılıq var. Amma ikinci hissədə hesabı tez açdıq və komanda daha sərbəst oynamağa başladı. Böyük hesablı qələbə qazanmağımıza baxmayaraq, uğuru rahatlıqla əldə edə bilmədik. Amma təbii ki, qələbəyə görə sevinirəm. Yegənə narazı qaldığım məqam Əziz Quliyevin oyunun sonlarına yaxın qırmızı vərəqə alması oldu. Bu, «Xəzər Lənkəran»la növbəti oyunumuz ərəfəsində bizim üçün ciddi itkidir. Çətin vəziyyətə düşdük. Həm də nəzərə alın ki, Əziz yerli oyunçudur. Əgər o, əcnəbi olsaydı, bir o qədər məyus olmazdım».
Şefer Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündən də narazılıq edib: «Meydançanın durumu yaxşı deyil. Bu vəziyyət istədiyimiz oyunu tam göstərməyə imkan vermirdi. Bizimlə yanaşı, «Neftçi» və «Qarabağ» da ev oyunlarını bu stadionda keçirir. Ona görə də meydança çox yüklənir. Son iki həftədə «Bakı» oyunqabağı məşqini də burada keçirmir. Mən «Qarabağ» və «Neftçi»yə məsləhət görərdim ki, onlar da burada məşq etməsinlər. Bəlkə bu halda meydança normal vəziyyətə düşər».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley