«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün əvvəl milli komandamızın baş məşqçisi Berti Foqtsun səsləndirdiyi fikirlərə münasibət bildirib. Qeyd edək ki, Foqts keçirdiyi mətbuat konfransında bir məşqçinin onunla söhbətində milliyə oyunçu verməkdən qürur duyduqlarını, amma onun mətbuatda başqa fikirlər səsləndirdiyini deyib.
Son vaxtlar «Qarabağ»ın dekabr ayında keçiriləcək millinin təlim-məşq toplanışına futbolçularını buraxmaq istəməməsi məsələsi gündəmə gəldiyindən bəzi mətbuat orqanları Foqtsun Qurban Qurbanovu nəzərdə tutduğunu iddia edib.
Gənc mütəxəsis özü isə məsələylə bağlı «Futbol +» qəzetinə açıqlamasında bunları söyləyib: «Nə bilirsiniz, bəlkə məni işarə vermir? Mən heç kimi nə tərifləyir, nə də pisləyirəm. Belə fikrim də yoxdur. Əksinə, biz çalışırıq ki, millimiz üçün futbolçu yetişdirək. Yığmaya oyunçu vermək hər kəsin borcudur. Biz də ələmizdən gələn qədər oyunçu veririk. Yenə də heç kimin işini pisləmirəm, nə də əvvəl bir söz, sonra tam başqa fikir səsləndirmirəm. «Bakı» ilə oyundan sonra futbolçuların milliyə getməsinin oyunumuza təsir etdiyini demişəm. Hər yerdə olduğu kimi, rəhbərlik məndən yaxşı nəticə tələb edir».
Q.Qurbanov bir daha təsdiqləyib ki, ötən tur uduzduqları «Bakı»yla oyuna yaxşı səviyyədə hazırlaşa bilməyiblər: «Bu cür problemlər bir neçə dəfə olub. Hətta indi də bu haqda danışırıq. Üstəlik, legionerlərimiz - Telli ilə Aqoli də öz yığmalarına getmişdi. İstər-istəməz AZAL-la oyuna da yaxşı hazırlaşa bilmirik. Belə hallar oyunumuza təsir edir. Biz də bunları nəzərə alaraq AFFA-ya müraciət edəcəyik ki, imkan daxilində komandanın dekabrdakı toplanışında oyunlara normal hazırlaşa bilək. Son 15-20 gündə futbolçularım, demək olar ki, 4-5 dəfə sərəncamımda olub».
Qurban Qurbanov milliyə qarşı çıxmaq, ora oyunçu vermək fikrində olmaması bağlı iddiaları rədd edib. «İndiyə kimi milliyə oyunçu yetişdirməyə çalışmışam. Amma dediyim bir kəlmə problemə çevrilib. Demək olar, hər gün mənə eyni suallar verilir. Foqts belə dedi, Qurban belə dedi. Burda şişirdiləsi nə var ki? Nə vaxt milliyə oyunçu verməmişəm, yaxud «getməyin» demişəm? Fikrimcə, ciddi nəsə yoxdu axı. Sadəcə, bu amillərin rol oynadığına dair fikirlərimi bildirmişəm. O ki qaldı məğlubiyyətləri millinin və Foqtsun boynuna atmağa, belə söz çıxıbmı ağzımdan? Mövzu böyüdülüb, elə yerə çıxarılıb ki, Foqtsla məni qarşı-qarşıya qoyursunuz. İkincisi də, heç kimin üzünə bir söz deyib, arxasınca danışmıram. Belə fikrim də yoxdu. Son vaxtlar Foqtsla görüşməyim yadıma gəlmir».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley