«MOİK-lə çempionatın son turundakı xal itkisindən sonra komandamızda əhval-ruhiyyə pozulmuşdu. Amma indi durum normaldır». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
Noyabrın 21-də Unibank Premyer Liqasının 14-cü turunda «Qarabağ»la qarşılaşacaq AZAL-ın baş məşqçisi rəqiblərini Azərbaycanın ən güclü komandalarından biri adlandırıb: «Bu komanda Avropa Liqasında öz sözünü deyə bilib. Buna baxmayaraq, biz rəqibimizdən çəkinmirik. Hazırda komandamızda yalnız Tərlan Xəlilov zədəlidir».
Liderlər qrupunda yer alan AZAL ötən turda autsayder MOİK-lə qarşılaşmada gözlənilmədən iki xal itirib. «Mən təlim-məşq toplanışında futbolçularıma demişdim ki, bütün rəqiblərlə oyuna ciddi yanaşmaq lazımdır. MOİK-lə matçdan əvvəl çoxları AZAL-ı favorit olaraq göstərirdi. Amma bunların hamısı yalnız söz idi. Nəticəni sözlə deyil, əməllə qazanırlar. Xal itirməyimizə futbolçularımızın arxayınçılığı səbəb oldu» - deyə Süleymanov vurğulayıb.
«Qarabağ» kimi komandayla oyunda heç-heçə sizin üçün nə dərəcədə qaneedici ola bilər» sualına cavab olaraq Süleymanov bunları deyib: «Biz heç bir vaxt heç bir oyuna heç-heçə üçün çıxmamışıq. Ümumiyyətlə, meydana heç-heçə üçün çıxan komandaları anlamıram. Oyuna çıxmasınsa, qələbə qazanmalısan. Məsələn, Azərbaycan millisi Almaniya ilə oyuna çıxırsa, onu udmalıdır. Eynilə AZAL «Qarabağ»a qalib gəlmək istəyir və bunun üçün də mübarizə aparacaq. Əsas komandanın qələbə əzmidir. Uğuru əldə edib-etməyəcəyi isə matç bitəndə bilinəcək».
Nazim Süleymanov «Qarabağ»lı futbolçuların millidən yorğun halda qayıtmasının AZAL üçün üstüklük olub-olmaması ilə bağlı suala cavabında bunları söyləyib: «Biz indi çox şey deyə bilərik. Təbii ki, «Qarabağ»ın futbolçuları millinin düşərgəsində yüklənə bilərlər. Amma nəzərə alın ki, Avropa ölkələrində də futbolçular millidən klublarına yorğun qayıdırlar. Bir sözlə, bu amilin AZAL - «Qarabağ» oyununun nəticəsinə təsirini də biz həmin görüşün yekununda biləcəyik».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley