«Xəzər Lənkəran» klubunun baş məşqçisi Mirça Rednik Rumıniyaya səfəri çərçivəsində Buxarestin «Dinamo» klubunun prezidenti Nikolay Badya ilə görüşüb. Bu haqda məlumatı Rednikin özü verib. Onun sözlərinə görə, görüşdə məqsəd «Dinamo»nun seneqallı yarımmüdafiəçisi Ousman N'Doyenin «Xəzər Lənkəran»a transfer məsələsini həll etmək olub: «Bu futbolçunun «Dinamo» ilə müqaviləsinin müddəti bitməyib. Ona görə də dəqiq fikir bildirmək çətindir. Qışda məsələyə yenidən baxılacaq. Nəinki Ousman, maraq dairəsində olan digər futbolçularla bağlı yekun fikirləri yalnız qış fasiləsindən səsləndirə bilərik. Hələ ki, nəsə demək çətindir. Açığı, N'Doyenin tezliklə «Xəzər Lənkəran»a transfer olunmasını istəyirəm».
Rednik Rumıniya çempionatında çıxış edən Romeo Surdu, Banel Nikolitse və Kersinyo kimi oyunçuları da sərəncamında görmək istədiyini söyləyib: «Artıq adıçəkilən futbolçularla ilkin danışığım olub. Sadəcə, indidən bu haqda mətbuata ətraflı bilgi verməkdən uzağam».
Rednik adları çəkilən futbolçuların qiymətləri ilə bağlı Rumıniya mətbuatında dərc olunmuş xəbərləri təkzib edib.
Mənbə: «Futbol+»
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley