"Oyunun ilk 73 dəqiqəsində komandadan razı qaldım. Matç boyu buraxdığımız bir neçə səhvin cəzasını çəkdik”. Bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis yığmamızın Çernoqoriya ilə yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Elvin Məmmədovu əvəzləməyimin səbəbi onun sarı vərəqə alması ilə bağlıdır. Bu onun aqressiv oynamasına imkan vermirdi. Bu səbəbdən onu meydandan çıxarmalı oldum. Hücumda kəsərli oynaya bilməməyimizə isə rəqibin müdafiə xətti səbəb oldu. Onlar çox kompakt oynayırdılar”.
Foqts bəzi oyunçular haqda da fikirlərini bildirib: “Vaqif Cavadov bilməlidir ki, 60 faiz hazırlıqla beynəlxalq səviyyədə oynamaq olmaz. Ruslan Abışovun dayaq yarımmüdafiəçisi kimi oynamasına gəlincə, Türkiyə ilə qarşılaşmada Rahid Əmirquliyevlə yaxşı tandem təşkil etmişdi. Bunun üzərində yenə çalışacağıq. Ümumilikdə isə futbolçularda yorğunluq hiss olunurdu. Mahir Şükürovun neçə vaxtdır meydandan kənar qalması da sözünü deyirdi. Meydanın sürüşkən olması da əleyhimizə olan amil idi”.
Qeyd edək ki, Çernoqoriya yığmasının baş məşqçisi Zlatko Krançar mətbuat konfransına gəlməyib (apasport.az).
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley