Bu gün Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Çernoqoriya ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, bu qarşılaşma millimizin 2010-cu ildəki son matçı olub. Bugünkü oyun Azərbaycanın çernoqoriyalılara qarşı ilk sınağı deyildi. Daha öncə həm klub, həm də yığma komandalar səviyyəsində Çernoqoriyalılarla qarşılaşan həmyerlilərimiz heç vaxt məğlub olmamışdılar. Xatırladaq ki, Çernoqoriya millisi AÇ-2012-nin qrup mərhələsində uğurlu çıxışı ilə fərqlənir. Onlar İngiltərənin də yer aldığı "G" qrupunda liderdirlər. Azərbaycan isə yeganə qələbəsini son matçda – Türkiyəyə qarşı əldə edib və "A" qrupunda 5-ci pillədə qərarlaşıb. Çernoqoriya-Azərbaycan matçı Bakı vaxtilə saat 16:00-da başlayıb. Oyunu Makedoniyadan olan hakimlər idarə ediblər. Matçın birinci hissəsində üstünlüyü ələ alan və daha yaxşı təsir bağışlayan həmyerlilərimiz ikinci hissədə rəqibinə müqavimət göstərə bilməyib və çernoqoriyalılara qarşı ilk dəfə meydanı məğlub tərk edib.
16:00. Çernoqoriya – Azərbaycan - 2:0
Qollar: Peyoviç, 62. Beçiray ,73
Baş hakim: Aleksandar Stavrev (Makedoniya)
Baş hakimin köməkçiləri: Lyubomir Krstevski, Marjan Kirovski (Makedoniya)
Azərbaycan millisinin əsas heyəti: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 21. Vladimir Levin, 3. Saşa Yunisoğlu, 4. Mahir Şükürov (k), 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley