Bu gün Qol.Az saytının 2 yaşı tamam olur

Bu gün Qol.Az saytının 2 yaşı tamam olur
ÖLKƏ FUTBOLU 17 Noyabr 2010 / 00:01 2524
-  A +

Bu gün Qol.Az saytının fəaliyyətə başlamasından 2 il ötür. Düz iki il əvvəl 2008-ci il, noyabrın 17-də Qol.Az futbol-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında, futbol dairələrində tanınmağa başlayıb. Yalnız futbolla bağlı yazılar hazırlayan və xəbərlər yayımlayan Qol.Az bu iki il ərzində Azərbaycanın ən reytinqli idman saytlarından birinə çevrilib. 2009-cu ilin yekunlarına görə isə, Qol.Az “Milli net” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yeri tutub.
Qol.Az-ın kollektivi bu iki il müddətində sayta mənəvi dəstək olan dostlarına, hər zaman onunla birgə olan və ona dəstək verən dəyərli oxucularına təşəkkürünü bildirir.

Son xəbərlər