Hiddink: “Bizi buna Azərbaycana məğlubiyyət məcbur etdi”

Hiddink: “Bizi buna Azərbaycana məğlubiyyət məcbur etdi”
ÖLKƏ FUTBOLU 16 Noyabr 2010 / 20:17 2678
-  A +

Sabah yoldaşlıq oyunu çərçivəsində Hollandiya ilə səfərdə qarşılaşacaq Türkiyə milli komandasının baş məşqçisi Quus Hiddink maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, hollandiyalı mütəxəssis ölkəsindən olan jurnalistin suallarını cavablayıb. Millimizlə matçda məğlub olduqlarını xatırladan və bunun faciəvi olduğunu bildirən Hiddink türk futbolunda həm müsbət, həm də mənfi cəhətlərin mövcudluğundan bəhs edib: “Türk futbolundan həm məmnunam, həm də deyiləm. Sabit çıxışımız yoxdur. Məsələn, Belçikaya qarşı çox yaxşı oynadıq, ancaq Azərbaycanla oyunda ümidləri doğrultmadıq. Türkiyə yığma komandasında əsaslı islahatlara Azərbaycanla matçdakı məğlubiyyət səbəb oldu”. Türk futbolçuların həddən artıq hirsli olduqlarını da qeyd edən Hiddink bunun düzgün olmadığını da etiraf edib: “Türkiyədə futbola olan sevgi və istək çox böyükdür. Buna görə də, matç ərzində hər şeyə etiraz edirlər. Misal olaraq deyim ki, aşkar qayda pozuntusundan sonra hakim haqlı olaraq oyunu saxlayır və müvafiq qərar qəbul edir, ancaq dərhal onun ətrafı etiraz edən türk futbolçularla əhatə olunur. Bu normal deyil və bunu düzəltməliyik”. Türk klublarının Avropada zəif çıxış etdiyini də xatırladan təcrübəli mütəxəssis bu barədə maraqlı fikirlər səsləndirib: “Türklər yığma komandalarını Avropanın ən yaxşı millilərindən hesab edirlər. Qeyd edim ki, hazırdaTürkiyəni Avropada “Bursaspor” və “Beşiktaş” təmsil edir. Onların durumuna nəzər salsaq, görərik ki, Türkiyə çempionu “Bursaspor”un ÇL-dəki vəziyyəti heç də yaxşı deyil. Bunun bir çox səbəbi var. Artıq özümüzü də mühakimə etməliyik”.

Son xəbərlər