Azərbaycan millisinin baş məşqçisi Berti Foqts noyabrın 17-də Çernoqoriya komandasına qarşı oynanılacaq yoxlama görüşü ərəfəsində Podqoritsa şəhərində mətbuat konfransı keçirib. Berti Foqts ilk öncə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib: “Təəssüf ki, biz bu bayramı Bakıda yox, səfərdə keçiririk. Matça gəlincə, onu deyə bilərəm ki, uşaqların yaxşı oyun göstərmək üçün imkanı var. Komandamdan məhz bunu gözləyirəm. Biz daha güclü olduğumuzu göstərə bilərik”.
“Çernoqoriya adi rəqiblərdən deyil. Onlar AÇ-2012-nin seçmə mərhələsində, hətta İngiltərə kimi rəqibləri olmasına baxmayaraq, öz yarımqruplarına liderlik edirlər. Elə rəqibin heyətinə nəzər saldıqda da, çox şey aydın olur. Çernoqoriyalı futbolçular İtaliya, İspaniya, Portuqaliya, hətta Koreya kimi ölkələrin çempionatlarında top qovurlar. Ancaq hər şeyə rəğmən, biz yaxşı oyun göstərə bilərik” - deyə Berti vurğulayıb.
Daha sonra millimizin çalışdırıcısı Türkiyə ilə oyundakı uğurun davamının gətirilməsinin vacibliyini də qeyd edib: “Türkiyə üzərindəki qələbədən sonra oyunçularımız bir qədər zəifləyib. Daha çox məşq etmək lazımdır. Hətta qələbə qazanılan oyunlarda da səhvlər olur, onları aradan qaldırmaq lazımdır. Bəli, Türkiyə üzərində qələbə bizim üçün çox vacib idi. Ancaq qarşıda da bizi vacib oyun gözləyir. İndi komandamız öz oyununu daha da inkişaf etdirməlidir. Çernoqoriya millisinin çalışdırıcısı bizimlə oyunda gəncləri sınamağa çalışacaq. Onun komandasında olduğu kimi, bizim də böyük potensialımız var. Biz sabah Türkiyə ilə görüşdəkindən də yaxşı oynamalıyıq. Əsas istəyim budur”.
Sonda Berti Foqts bunları da vurğulayıb: “Bilirəm ki, 7 il öncə milliniz hansı nəticələr qazanıb. Lakin o zaman qalib gəldiyiniz, xal aldığınız rəqib Serbiya və Çernoqoriya idi, sabah isə biz Çernoqoriya ilə qarşılaşacağıq. Bəli, «Bakı» bu ölkənin klubuna qalib gəlmişdi. Ancaq gəlin görək, həmin klubdan hansı futbolçu yığmada varmı? Çernoqoriya və Azərbaycanın legionerlərini də müqayisə edə bilərsiz. Onu da unutmayın ki, azərbaycanlılar həmişə təzyiq altında oynayırlar” (azerisport.az).
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley