Türkiyə futbol tarixinin əfsanəvi oyunçularından biri, "Qalatasaray"ın və milli komandanın sabiq hücumçusu, "Qızıl buts" mükafatına layiq görülən yeganə türk futbolçu Tanju Çolak Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Qol.az xəbər verir ki, 59 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşib.
Qonaq səfər çərçivəsində Naxçıvan Futbol Federasiyasının nümayəndə heyəti ilə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsinin önünə gül dəstəsi qoyub, ehtiramını bildirib. Heydər Əliyev Muzeyi ilə tanış olub. Muzeyin fondunda qorunub saxlanılan eksponatlar və dahi rəhbərin siyasi fəaliyyəti ilə bağlı türkiyəli qonaqlara ətraflı məlumat verilib. Qeyd edilib ki, muzeyin ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti - Ali Məclisin Sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm qərarlar, sərəncamlar, sənədlər, fotolar və digər materiallar nümayiş etdirilir. Daha sonra, Tanju Çolak Naxçıvan Muxtar Respublikasının Mərkəzi Stadionu ilə tanış olub. Türkiyə millisinin sabiq futbolçusu səfərin ikinci günü Uzunoba gölünün ətrafındakı Təlim-Məşq İdman kompleksində olub. Qonaq süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini futbol meydançaları, hakim və həkim otaqları ilə tanış olub. Daha sonra Azərbaycan Region Liqası Naxçıvan Zonası üzrə 9-cu turunda “Araz-Naxçıvan” və “Şahbuz” komandalarının oyununu izləyib.
Günün ikinci yarısında sabiq futbolçu ilə azarkeşlər arasında görüş təşkil olunub. Qonaq əvvəlcə azarkeşləri maraqlandıran sualları cavablandırıb. Ardınca azyaşlı uşaqlara imzalı toplar hədiyyə edib.
Tanju Çolak səfərinin üçüncü günü Naxçıvan Biznes Mərkəzində olub. Muxtar respublikanın biznes mühiti ilə tanış olub, qonağa mərkəzdə qurulan paviliyonlar haqqında ətraflı məlumat verilib. Sonra Tanju Çolakla Gənclər və İdman naziri Ramil Hacının, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Türk Konsullunun müavini Nejla Kayanın, Naxçıvan Futbol Fedrasiyasının sədri Vüqar Abbasov və federasiyanın idarə heyətinin iştirakı ilə dəyirmi masa arxasında söhbət aparılıb. Federasiyanın 10 illik proqram çərçivəsində həyata keçiriləcək tədbirlərdən danışılıb. Həmçinin Naxçıvan futbolunun inkişafı üçün fikir mübadiləsi aparılıb. Qeyd edək ki,veteran futbolçu öz təcrübəsinə arxalanaraq bu yolda əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Sonra Naxçıvan Futbol Fedrasiyasının sədri Vüqar Abbasov qonağa Naxçıvan məhsullarından ibarət xüsusi hədiyyə təqdim edib. Tanju Çolak da öz növbəsində Türkiyənin məhşur futbolçusu Alpay Özalanın Dünya Çempionatında geyindiyi milli formanı xatirə hədiyyəsi olaraq Naxçıvan Futbol Fedrasiyasının sədri Vüqar Abbasova bağışlayıb.
Yuxarı
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev