"Qarabağ" futbolçularını milliyə buraxmaya bilər

"Qarabağ" futbolçularını milliyə buraxmaya bilər
ÖLKƏ FUTBOLU 14 Noyabr 2010 / 16:56 2767
-  A +

“Qarabağ” klubu futbolçularını millinin dekabr ayında Bakıda keçiriləcək təlim məşq toplanışına buraxmaya bilər. Klub bu xaişlə Foqtsa müraciət etmək fikrindədir. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Qol.Az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib: “Belə bir fikrimiz var, amma hələlik müzakirə etməmişik. Sabah məşqçilərimizlə bu barədə söhbətimiz olacaq. Bundan sonra müraciət ola bilər”. Qeyd edək ki, “Qarabağ” futbolçuların millinin təlim məşqindən yorğun qayıtması və çox yüklənməsinə görə belə müraciət etmək niyyətindədir.

Son xəbərlər