Bakılı futbolçu İsveç çempionu oldu (VİDEO)

Bakılı futbolçu İsveç çempionu oldu (VİDEO)
ÖLKƏ FUTBOLU 13 Noyabr 2010 / 13:27 3145
-  A +

Bugünlərdə başa çatmış İsveç çempionatının qalibləri arasında əslən Bakıdan olan Jiloan Hamad da var. İsveçdə yaşayan soydaşlarımızın Qol.Az-a verdikləri məlumata görə, kürd əsilli Hamad 1990-cu ilin noyabrın 6-da Bakıda anadan olub və uzun müddətdir İsveçdə yaşayır. O, İsveç çempionu «Malmö»nün əsas futbolçularından biri hesab olunur. Bundan başqa, hücumçu Hamadın İsveçin 21 yaşadək futbolçularından ibarət milli komandasında çıxış etdiyi bildirilir. Qeyd edək ki, aşağıda təqdim etdiyimiz videoda İsveç televiziyasının şərhçisi də Hamadın Azərbaycanda doğulduğundan danışır.




Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda