AFFA-nın sabiq prezidenti Fuad Musayev Bakının «İnter» klubunun ünvanına sərt ittihamlar səsləndirib. Qol.Az-ın müxbiri ilə söhbətində Fuad Musayev «İnter»in pul qazanmaq üçün icarəyə götürdüyü «Şəfa» stadionunu bərbad hala saldığını bildirib. «Onlara ayrılan pulları basıb yemək üçün stadionun ot örtüyünü süni örtüklə əvəzlədilər. Yadınızdadırsa, bizim vaxtımızda UEFA «Şəfa» stadionunda beynəlxalq rəsmi oyunların keçirilməsinə icazə verirdi. «İnter» stadionu icarəyə götürdükdən və ot örtüyünü dəyişdikdən sonra isə UEFA orada öz bayrağı altında oyunların keçirilməsinə qadağa qoydu. Bu stadion bizim vaxtımızda tikilib. Avropada heç bir federasiya stadion tikmirdi. Amma bir zülümlə buna nail ola bildik. Ordan-burdan yardım ala-ala, öz halal maaşımızdan kəsə-kəsə bu stadionu tikdik. İndi isə «İnter» komandası orada otel tikib, oranı pis vəziyyətə qoyub, "priton"a döndərib. AFFA milli komandanın stadion problemini aradan qaldırmaq üçün «İnter»lə müqaviləni təcili ləğv etməlidir və stadiona nəzarəti ələ almalıdır. Federasiyaya ayrılan pulun bir hissəsi stadionun öt örtüyünün əvəzlənməsinə sərf olunmalıdır. Foqts deyir ki, millinin stadion problemi var. Əgər bunu mənim vaxtımda söyləsəydi, ona təşükkürümü bildirərdim. Çünki o zaman nə federasiyanın, nə də klubların pulu var idi. İndi isə federasiyanın milyonları var. Elə qarşıdakı qış aylarında, orada işləri yekunlaşdırmaq mümkündür. Bir daha deyirım, stadion "İnter"dən alınmalıdır. Onsuz da bu klub Azərbaycan futboluna heç nə verməyib! Gedin görün, «Şəfa» stadionunu nə kökə salıblar. Bu gün Foqts da, mətbuat da, futbol adamları da bununla bağlı etirazını bildirməlidir. Biz «Şəfa»nı tikmişik, «İnter» isə oranı dağıdır, otel, restoran tikdirib pul qazanır. Stadion milli komandaya verilsə, oranın ot örtüyünü cəmi bircə aya dəyişmək olar, bununla da millinin meydança problemi aradan qalxar».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Turan Tovuz"da iki yubiley