«Hazırda fərdi qaydada məşq edirəm. Zədəm bərpa olunmaq üzrədir. Sabah növbəti dəfə həkim müayinəsindən keçəcəyəm. Yalnız bundan sonra şənbə günü «Qarabağ»a qarşı matçda oynayıb-oynamayacağım dəqiqləşəcək». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Bakı»nın futbolçusu Vaqif Cavadov söyləyib.
Zədəsi səbəbindən millinin təlim-məşq toplanışından kənarda qalan Cavadov noyabrın 17-də Çernoqoriya millisinə qarşı matçda iştirak edib-etməyəcəyini bilmədiyini söyləyib: «Bu məndən yox, baş məşqçi Berti Foqtsdan asılıdır. Əgər məni heyətə cəlb etsələr, təbii ki, komandamıza kömək etməyə hazıram».
Vaqif Cavadov Unibank Premyer Liqasının 14-cu turunda qarşılaşaqları keçmiş klubu «Qarabağ»la oyun barəsində də danışıb: «Bu oyunda bizə üç xal hava və su kimi lazımdır. «Qarabağ»la oyuna ciddi hazırlaşırıq. Şəxsən mənə gəlincə, biz peşəkar idmançıyıq və bu oyunda iştirak edərəmsə, hazırda şərəfini qoruduğum komandaya bacardığım köməyi etməyə hazıram».
O, son vaxtlar ünvanına yönələn tənqidlərə də münasibət bildirib. Millidəki oyununun klubundakı oyunundan fərqlənməsi barədə fikirlərə toxunan Cavadov bunları söyləyib: «Əgər klubumda oyunum alınmırsa, bunun da səbəbini arışdırmaq lazımdır. Niyə klubumda belə çıxış edirəm? Cavab belədir: mən hücumçuyam və komanda yoldaşlarım məni vaxtında topla təmin etməlidirlər. Amma mən bunları hələlik görmürəm. Təbii, anlayıram ki, əvvəlki kimi yüksək formada deyiləm. Amma axı, belə vəziyyətdə olan təkcə mən deyiləm. Niyə imkanlarından aşağı səviyyədə çıxış edən başqa futbolçular tənqid olunmur, yalnız mən hədəf seçilmişəm?! Niyə başqaları tənqid olunmur? Mən tənqidi qəbul edirəm. Amma yalnız obyektiv tənqidi».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı