«Təbii ki, hər bir klubun mütləq təlim-məşq bazası olmalıdır. «Neftçi» klubu İsmət Qayıbov adına arenada dünya standartlarına cavab verən stadion və baza tikməyi nəzərdə tutur». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov Azərbaycanda stadionların vəziyyətindən narazılıq ifadə edən millimizin baş məşqçisi Berti Foqtsun klubları futbolçuların maaşını azaltmaq və əvəzində yeni meydançalar salmaqla bağlı təklifinə münasibət bildirərkən deyib.
Almaniyalı mütəxəssisin fikrini dəstəklədiyini deyən T.Süleymanov bu məsələdə söhbətin təkcə aparıcı klublardan getmədiyini söyləyib: «Bildiyiniz kimi, «Bakı» klubu yaxşı infrastruktur yaratmaqla bərabər, həm də transferlər reallaşdırır. Amma adlarını çəkmək istəmədiyim bəzi ortabab klublar da var ki, ilboyu səviyyəsiz transferlər heyəta keçirir, onları Azərbaycana gətirməklə pullar havaya sovrulur. Həmin klublar nəinki infrastruktura, uşaq futboluna da diqqət yetirmirlər. Nəticədə belə klublar özləri də pis vəziyyətə düşürlər. «Neftçi», «Bakı» və «Xəzər Lənkəran» kimi klublar isə həm infrastruktur yaradır, həm də səviyyəli transferlər həyata keçirirlər».
«Neftçi»nin bu mövsüm komandaya az, amma səviyyəli legionerlər cəlb etdiyini deyən T.Süleymanov klubda əsasən yerli futbolçuların inkişafına xüsusi diqqət yetirdiklərini vurğulayıb: «İnfrastruktur və yerli futbolçuların inkişafı istiqamətində işlər paralel aparılmalıdır. Bu gün «Neftçi» «Qarabağ»la yanaşı milli komandaya ən çox oyunçu verən klubdur. Foqtsun fikirləri yerli futbolçulardan daha çox Azərbaycana gətirilən legionerlərə aiddir. Bəli, mən də razılaşıram ki, bu məsələdə klublar kəmiyyətə yox, keyfiyyətə üstünlük verməlidirlər. «Neftçi»də çox legioner yoxdur. Amma gətirdiyimiz futbolçuların səviyyəsi də göz qabağındadır. Bu gün komandamızda legionerlərlə yanaşı Cavid İmamverdiyev, Amit Quluzadə, Tərlan Quliyev, Cavid Hüseynov kimi gənclərə də oynamaq şansı verilir. Həmin səviyyəli legionerlərin yanında bizim gənclər təcrübə toplayırlar. Yəni bizdə həm infrastruktur, həm də gənc futbolçuların yetişdirilməsi prosesi bərabər aparılır. Amma təəssüf ki, bəzi klublar lazımsız legionerləri klublarına cəlb edir, infrastrukturun qurulması yönündə iş aparılmır, gətirilən futbolçular komandaya xeyir verə bilmir. Bundan isə nə klub, nə də Azərbaycan futbolu udur».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı