«Mən məşqçi karyeramda indiyədək heç bir futbolçuya Vüqar Nadirov qədər güvənməmişəm. O, «Qarabağ»a qayıdandan sonra daim əsas heyətdə oynayırdı. Əgər ona inanmasaydım, əsas heyətdə meydana buraxmazdım». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov hücumçuları Vüqar Nadirovun ünvanına yönələn tənqidlərə münasibət bildirərkən söyləyib.
Bir müddət əvvəl Q.Qurbanov özü də belə oyununa görə Vüqara xəbərdarlıq edib.
«Bu xəbərdarlıqdan sonra Vüqar öz üzərində daha ciddi çalışmağa başlayıb. Hətta özü fərdi qaydada da məşq edirdi. Görünür, xəbərdarlıqdan nəticə çıxarmağa başlayıb. Vüqar hazırda millinin təlim-məşq toplanışındadır. Heyətimizə qayıtdıqdan sonra onun durumuna baxacağam, söhbət edəcəyəm. Ola bilər ki, «Bakı»yla qarşıdakı oyunda Vüqara əsas heyətdə yer verim».
Qurban Qurbanov Vüqar Nadirovun sürətindən, güclü zərbələrindən həmişə istifadə etməyə çalışdıqlarını deyib: «Amma Rauf Əliyev daha yaxşı formada olduğundan, daha yaxşı inkişaf etdiyindən mən əsas heyətdə bu futbolçuya şans verirəm. Vüqar Nadirov isə nə vaxt oyunlara hazır olubsa, o zaman da meydana buraxmışam. «Borussiya», «Visla» ilə matçlarda Vüqar start heyətində yer almışdı. Son vaxtlar isə o, mənim istədiyim formada deyildi. Amma Vüqar artıq üzərində ciddi çalışmağa başlayıb».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı